Azərbaycanın yeni Ombudsmanı kollektivə təqdim olunub
- 2-12-2019, 15:26
- 620
"Report"un əldə etdiyi məlumata görə, Səbinə Əliyevanı kollektivə Elmira Süleymanova təqdim edib.
S.Əliyevaya fəaliyyətində uğurlar arzulayan E.Süleymanova kollektivlə sağollaşıb.
Qeyd edək ki, Milli Məclisin noyabrın 29-da keçirilən plenar iclasında Səbinə Əliyeva Azərbaycanın yeni Ombudsmanı seçilib. Onun namizədliyinin lehinə 104 deputat səs verib.
Xatırladaq ki, S.Əliyeva bu vəzifəyə qədər Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.