"Hər birimizə uğurlu-xeyirli olsun" - Bahar Muradova
- 28-11-2019, 16:58
- 802
Bunu Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib.
"Növbədənkənar Parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürməklə hakimiyyətin hər üç qolu arasında qarşılıqlı əlaqəyə əsaslanan sistem xarakterli islahatlara, o cümlədən struktur və kadr dəyişikliklərinə, yeniləşməyə doğru cəsarətli bir addım atmaqla. Parlamentin də ölkənin ümumi inkişaf surətinə uyğunlaşması işinə əhəmiyyətli bir töhfə verdi. Azərbaycanın həyatının son 27 ilinin hər anı Heydər Əliyev ideyalarını reallaşdırmaqla xalqa xidmət yolu ilə irəliləyən Yeni Azərbaycan Partiyası ilə bağlıdır. Bu başlanğıcın da Azərbaycana və hamımıza faydalı olacağına dərin inamımı ifadə edərək hər birimizə uğurlu-xeyirli olsun deyirəm!", deyə B.Muradova vurğulayıb.