YAP parlamentdəki deputatlarını təcili iclasa çağırdı - bu saatda

Siyasət

Bu gün Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasından (YAP) Milli Məclisdə təmsil olunan deputatlarla görüş keçiriləcək.

Unikal.org-un əldə etdiyi məlumata görə, YAP sədr müavini – icra katibi Ə.Əhmədov görüşdə Siyasi Şuranın bu gün keçiriləcək təcili toplantısında qəbul olunan qərarlarla bağlı məsələləri deputatların ünvanına çatdıracaq.

Qeyd edək ki, toplantı bu gün saat 14:00-da Yeni Azərbaycan Partiyasının (YAP) Qərərgahında keçiriləcək.