Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
- 18-11-2019, 11:12
- 879
Akademiyadan verilən məlumata görə, görüşdə iki ölkənin Milli Elmlər akademiyaları arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev ölkədə dövlət səviyyəsində dost və qonşu Gürcüstanla əlaqələrə xüsusi diqqət yetirildiyini vurğulayıb.
Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşlərindən söz açıb, ictimai və humanitar elmlər sahəsində elmi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirib.