Arif Hacılı saxlanıldı

Siyasət

Müsavat Partiyasının başqanı Arif Hacılı polis tərəfindən saxlanılıb.

Bu barədə Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər bildirib. O qeyd edib ki, A.Hacılı polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb.

İ.Qəmbər həmçinin qeyd edib ki, saxlanılarkən A.Hacılının telefonu da əlindən alınıb.