“Azərbaycan və Qazaxıstan münasibətləri çox uğurla inkişaf edir” - Prezident İlham Əliyev
- 3-04-2017, 15:59
- 13 365
Bunu Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə məhdud tərkibdə görüşdə deyib.
Dövlət başçısı bugünkü səfərin gündəliyinin kifayət qədər geniş olduğunu bildirib: "Müzakirə edəcəyimiz xeyli məsələlər var. Əminəm ki, qəbul edəcəyimiz qərarlar, imzalanacaq sənədlər ölkələrimiz arasında münasibətlərin daha fəal inkişafı işinə xidmət edəcək. Biz buna çox böyük əhəmiyyət veririk. Qazaxıstan bizim üçün dost, qardaş ölkədir. Onun çox böyük potensialı var və Sizin rəhbərliyinizlə Qazaxıstanın qazandığı nailiyyətlər dost kimi bizi sevindirir. Buna görə əminəm ki, səfəriniz çox məhsuldar, səmərəli olacaq, yaxşı nəticələr verəcək. Bu, ölkələrimizi daha da yaxınlaşdıracaq və regionumuzda daha əlverişli şərait yaradacaq".