İlham Əliyev Putinə başsağlığı verdi
- 22-10-2019, 17:13
- 873
Məktubda deyilir:
"Hörmətli Vladimir Vladimiroviç.
Krasnodar diyarında insan tələfatı ilə nəticələnmiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm".