Prezident İlham Əliyev Nursultan Nazarbayevə “Türk dünyasının Ali Ordeni”ni təqdim edib - FOTO

Siyasət

Oktyabrın 5-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvəsi keçirilib.

Trend-in məlumatına görə, VII Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Türk dünyasının Ali Ordeni”ni Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə təqdim edib.