"Yeni qanunvericilik paketi üzrə iş yekunlaşmaq üzrədir” - Fuad Ələsgərov

Siyasət

"Hazırda məhkəmə-hüquq islahatlarının davam etdirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin əməkdaşlarından ibarət işçi qruplar fəaliyyət göstərir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, yeni qanunvericilik paketi üzrə iş yekunlaşmaq üzrədir.