Arif Hacılı Müsavat Partiyası başqanlığına namizəd olacaq

Siyasət

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı rəsmi qaydada namizədliyini irəli sürəcək.

Bu barədə AzNews.az-a sözügedən partiyadan məlumat verilib.

Qeyd edək ki, Müsavat Partiyasının növbəti qurultayı oktyabrın 12-də keçiriləcək. Bununla da başqanlıq iddiasında olanların sayı 4 oldu. Belə ki, Yadigar Sadıqlı, Tofiq Yaqublu, Başxanım Abbasova və Arif Hacılı Müsavat Partiyasının başqanı olmaq üçün qarşı-qarşıya gələcək.