İlham Əliyev Lukaşenkoya zəng etdi

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı olub.

Belarus dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər veririk ki, telefon danışığı Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub.

İlham Əliyevlə xanımı Lukşenkonu qarşıdan gələn Müstəqillik günü və II Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik ediblər.

Həmçinin, gələcək ikitərəfli görüşlərin qrafiki və Belarusla Azərbaycan arasında münasibətlərin inkişafı müzakirə olunub.