Deputat Azərbaycan parlamentində bozqurd salamı göndərdi
- 21-06-2019, 09:49
- 1 129
Turkustan.info-ya istinadən xəbər veririk ki, sessiyada Türkiyəni təmsil edən parlamentarlardan MHP-çi millət vəkili Cemal Enginyurt özünəməxsus ənənəsini bu dəfə də nümayiş etdirib. Belə ki, dünyanın bir çox ölkələrində tarixi yerlərdə bozqurd işarəti göstərən və ya Bozqurd kimi ulayan Cemal Enginyurt Azərbaycan Milli Məclisində də adətinə sadiq qalıb. O, iclas salonunda əli ilə Bozqurd işarəti tutaraq foto çəkdirib.
Xatırladaq ki, Engin bəy Tanrı dağlarında Bozqurd kimi ulaması ilə yadda qalıb.