Ekspertdən general haqda şok açıqlama: “Yaltaqlığın göstəricisidir”
- 14-06-2019, 19:41
- 894
DSX-nın bu tədbiri müşahidəçilər tərəfindən birmənalı qarşılanmayıb. Həm təqdir, həm də tənqid olunub.
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, ekspert Qubad İbadoğlu bu tədbirə kəskin münasibət bildirib. O, qeyd edib ki, bu hadisə bir daha göstərdi ki, Azərbaycanda məmurunların cinayətləri onların nümayiş etdirdiyi kreativ yaltaqlığın miqyası qədərdir: “Bir sözlə hansı məmur daha çox yaltaqlanırsa, deməli o törətdiyi cinayətlərin acı nəticələrindən qorxaraq bunu edir. Onlar bununla bir növ özlərinə immunitet qazanırlar və təhlükəsizlik yastığı yaradırlar.
Bu tədbir hətta müsbət sayılsa da onun noyabrın 9-u Azərbaycan Respublikasının “Dövlət Bayrağı Günü”ndə deyil, Qurtuluş günündə təşkil edilməsi müqəddəs bayraqla manipulyasiyanın və yaltaqlığın göstəricidir”.
Yenisabah.Az