Azərbaycanda növbəti parlament seçkiləri gələn il olacaq

Siyasət

Yeni Azərbaycan Partiyası ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ildə baş tutacaq.

“Həmin seçkilərin keçirilmə vaxtı Azərbaycan Konstitusiyasında müəyyənləşib. Bu il ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək”, - deyə Baş nazirin müavini qeyd edib.