Mehriban Əliyeva görüş keçirdi

Siyasət

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva martın 16-da V Qlobal Bakı Forumunda iştirak edən Makedoniya Respublikasının birinci xanımı Maya İvanova ilə görüşüb.

xalqxeber.az xəbər verir ki, Maya İvanovanı Bakıda görməkdən məmnun olduğunu deyən M. Əliyeva V Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin aktuallığını qeyd edib.

Makedoniyada uşaqların və qadınların sosial problemlərinin həlli ilə bağlı Mərkəzin fəaliyyətindən danışan Maya İvanova M. Əliyevanın bu sahədəki təcrübəsini qeyd etdi, əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, Mehriban Əliyevanı Makedoniyaya səfərə dəvət edib.

Görüşdə səhiyyə, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə olundu.