Prezident Matviyenkoya orden verdi

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Valentina Matviyenko ilə bağlı sərəncam verib.

Sərəncama əsasən, Azərbaycanla Rusiya Federasiyası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Valentina İvanovna Matviyenko “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycana 2 günlük rəsmi səfərə gəlib.