Əflatun Amaşov: "Təkliflər nəzərə alınsa..."
- 9-04-2019, 16:01
- 995
Bu sözləri Milli Məclisdə Hesablama Palatasının 2018-ci illə bağlı hesabatının müzakirəsi zamanı deputat Əflatun Amaşov deyib.
Mətbuat Şurasının sədri əlavə edib ki, Hesablama Palatası nöqsan və qüsurları aşkar edərək ortaya qoyur: “Eləcədə öz fəaliyyətində beynəlxalq standartlara uyğun işləyir, fəaliyyətini təkmilləşdirir”.
Amaşov xatırladıb ki, neçə illərdir Hesablama Palatasının hesabatını diqqətlə izləyir: “Hər dəfə palata nöqsanlar aşkar edir və təkliflər səsləndirir. Amma təəssüflər olsun ki, aidiyyəti qurumlar bu təklifləri nəzərə almır. Əgər təkliflər nəzərə alınsa, növbəti hesabat dövründə bu qədər qüsurlar müəyyən olmazdı. Arzu edirəm ki, qarşıdakı illərdə qurumun hesabatlarını müsbət dəyərləndirmək üçün də əsaslar tapaq”.