Fransa Qarabağla bağlı mövqeyini AÇIQLADI

Siyasət

Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıdır.

Bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye deyib.

"Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi məlumdur. Mövqeyimiz dəfələrlə səsləndirilib. Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Fransa tərəfləri yeni zorakılıq dalğasından saxlayacaq istənilən vasitənin tərəfdarıdır", - deyə Şarpantye bildirib.