Bu gün İlham Əliyev və Paşinyan görüşəcək
- 29-03-2019, 10:26
- 964
Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında razılaşdırılıb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparılacaq.
Daha əvvəl Vyanada ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin vasitəçiliyiilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirildi.