“İlham Əliyev Paşinyanla görüşməyi qəbul edib” - Minsk qrupu bəyanat yaydı
- 1-03-2019, 17:48
- 1 138
Qeyd olunur ki, həmsədrlər həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşüblər.
“Tərəflər bu ilin yanvarında İsveç şəhərində keçirilən Davos Dünya İqtisadi Forumu çərçivəsində son söhbətləri barədə həmsədrləri məlumatlandırıblar. Liderlər və həmsədrlər vəziyyəti yerində müzakirə ediblər. Həmsədrlər təmas xəttindəki nisbi sakitliyi müsbət qiymətləndiriblər.
Əliyevlə Paşinyan Minsk qrupu həmsədrlərinin iştirakı ilə yaxın gələcəkdə görüş təklifini qəbul ediblər”, - deyə bəyanatda vurğulanıb.