Rüstəm İbrahimbəyov Azərbaycana gəlmək istəyir
- 5-02-2019, 15:04
- 1 275
Bunu Modern.az-a açıqlamasında tanınmış kinorejissor Rüstəm İbrahimbəyov 80 illik yubileyi ilə bağlı danışarkən deyib.
O, Bakı üçün darıxdığını da dilə gətirib: “Bakı üçün çox darıxıram. Bəlkə bu yaxınlarda Azərbaycana gəldim”.
Tanınmış kinorejissor yaradıcılığından da söz açıb: “Bu gün teatrda təzə pyesimin premyerası baş tutacaq. Ümumilikdə tamaşalarıma Rusiyada yaşayan azərbaycanlılar daha çox gəlir”.
Qeyd edək ki, bu gün kinorejissor Rüstəm İbrahimbəyovun 80 yaşı tamam olur. O, 1939-cu ilin bu günündə Bakıda doğulub.