Müxalifətin mitinqinə razılıq verilməməsinin səbəbi məlum olub
- 24-01-2019, 18:40
- 1 321
Buna səbəb Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovun müxalifətə mitinq keçirməyə icazə verilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldırması olub.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, M.Qafarovun müraciəti bir neçə gün öncə şəhər icra hakimiyyətinə daxil olub. Qeyd olunub ki, müraciətə baxılıb və nəzərə alınıb.
Xatırladaq ki, müxalifətin sonuncu mitinqi yanvarın 19-da keçirilib.
Report.az