Millət vəkili danışdı - Bir illik sükutdan sonra
- 10-03-2017, 12:43
- 1 860
Xatırladaq ki, parlamentin ötən ilin yaz sessiyasında çıxışı zamanı adıçəkilən deputatla o zaman üzvü olduğu parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıxanlı arasında naraqzılıq yaranmışdı. Daha doğrusu, komitə sədri millət vəkilinin çıxışına sərt təpki göstərmiş və bu da nəticə etibarı ilə S. Əliyevanın sonradan ərizə yazaraq həmin komitədən getməsi ilə nəticələnmişdi. Eyni zamanda, həmin çıxışından sonra millət vəkili parlamentdəki, mətbuatdakı və "Facebook"dakı çıxışlarına ara vermişdi. Ancaq bu gün parlamentdə müzakirəyə çıxarılan "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin ikinci oxunuşu zamanı millət vəkili susqunluğuna son qoyub və sözügedən sənədlə bağlı öz fikirlərini bildirib.