Ermənistan rəhbərliyi işğalçı siyasətilə öz xalqını da təhdid edir - Əli Həsənov
- 29-11-2018, 15:59
- 1 230
"Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq, nə qonşu ölkələri, nə də digər ölkələri təhdid edir. Biz sülh və qarşılıqlı rifah üçün hər dövlətlə əməkdaşlığa hazırıq", deyə o bildirib.
Həsənov bildirib ki, Ermənistan rəhbərliyi, işğalçı siyasəti və Türkiyəyə əsassız iddiaları ilə öz xalqını da təhdid edir: "Əgər Ermənistan sülh istəyirsə, Azərbaycan və Türkiyənin həyata keçirdiyi milli və beynəlxalq əhəmiyyətli layihələrə qatılmaq istəyirsə buyursun. İşğal etdiyi torpaqlardan çəkilsin, sülhün və hüququn tələblərini yerinə yetirsin. Ermənistana qarşı çıxmırıq. Biz Ermənistanı sülh və barışa dəvət edirik".