Deputatlarımız İrəvandakı məsciddə - FOTOLAR
- 29-11-2018, 12:43
- 1 342
Bu barədə məlumatı millət vəkili Əflatun Amaşov sosial şəbəkədə xəbər və foto paylaşıb:
"Azərbaycanın memarlıq abidələrindən sayılan Göy Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə tikilib. Uzun onilliklər boyu yerli azərbaycanlıların ibadət etdikləri 8 məsciddən biri olub. Zaman ötdükcə başına cox bəlalar gəlib: 24 metrlik 4 minarəsinin 3-ü sökülüb, müxtəlif illərdə planetariyaya, məktəbə çevrilib, 2 dəfə yandırılıb.
Və nəhayət, İran tərəfindən bərpa edilib, hazırda İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən biri hesab edilir”.