Ramiz Mehdiyev Nikolay Patruşevlə görüşdü
- 22-11-2018, 13:30
- 1 163
xalqxeber.az xəbər verir ki, Ramiz Mehdiyev səfər çərçivəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüş keçirib.
Rusiya KİV-inin məlumatına əsasən, tərəflərin görüşü zamanı iki ölkənin müxtəlif nazirlikləri və qurumları arasında qarşılıqlı fəaliyyət perspektivləri, terrorizmə qarşı mübarizə məsələləri, habelə Xəzərin hüquqi statusu ilə bağlı məsələləri müzakirə edilib.