Biz daha iki Ramil Səfərovu Azərbaycana qaytara bilmərik - Paşinyan
- 20-11-2018, 15:05
- 1 547
O, həmçinin Tavuş kənd sakinlərinin əsirlikdə olan Karen Kazaryanın azad olunması tələbi ilə Gürcüstana gedən magistral yolu bağlamaqlarına da etiraz edib: "Gürcüstana gedən yolun balğlanılmasını başa düşmürəm. Yəni, nəsə var ki, biz edə bilərik, etməmişik? Azərbaycan tərəfi bütün əsirlərin bütün əsirlərlə əvəz olunmasını istəyir. Yəni, Biz Azərbaycana daha iki Ramil Səfərovu geri qaytaraq? Bu vəziyyəti düzgün başa düşməməkdir".
Qeyd edək ki, ötən gün Ermənistanın Tavuş vilayətində yerləşən Berdavan kəndində yerli sakinlər Gürcüstana gedən mərkəzi yollardan birini bağlayıb. Narazı kütlə Azərbaycanda əsirlikdə saxlanılan Karen Kazaryanın azad olunması üçün mövcud hökumətin heç bir addım atmamasına etiraz edib.