Paşinyandan Qarabağla bağlı yeni - BƏYANAT
- 24-10-2018, 13:39
- 1 706
Ermənistan mətbuatına istinadla xəbər veririk ki, Nikol Paşinyanın sözlərinə görə, ölkənin heç bir lideri Qarabağ münaqişəsini xalqdan gizlin həll edə bilməz.
“Mənim xalqın müzakirəsinə verilməsinin vacibliyini hesab etdiyim variant danışıqlar prosesində hazırlansa, sözsüz ki, bu, ilk addım olacaq. Qarabağ məsələsinin gizli yolla istənilən həlli istisna edilir”, - Paşinyan deyib.
Onun sözlərinə görə, münaqişənin həlli zamanı Azərbaycan və Ermənistan xalqlarının, eləcə də, Qarabağda yaşayan sakinlərin mövqeyini nəzər almaq lazımdır.