Milli Məclisin bütün komitə iclasları ləğv edildi - RƏHBƏRLİKDƏN TAPŞIRIQ
- 18-09-2018, 13:33
- 1 666
MM-dən bildirilib ki, bu, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin 100 illik yubileyi ilə bağlı parlamentin ayın 21-də keçiriləcək xüsusi və təntənəli iclası ilə bağlıdır.
Məlumata görə, parlament rəhbərliyi bütün diqqətin bu yubliey tədbirinin yüksək səviyyədə keçirilməsinə yönləndərilməsi üçün tapşırıq verib.
Odur ki, MM-in bu həftəyə təyin edilmiş bütün komitə iclasları, o cümlədən, bu günə təyin olunmuş Səhiyyə, İqtisadi siyasət, Sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin, o cümlədən, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iclasları ləğv edilib və gələn həftəyə planlaşdırılıb.
Qeyd edək ki, xüsusi və təntənəli iclsda Azərbaycan Prezidenti İlham Əliyevin, o cümlədən, 14 ölkənin parlament sədrinin iştirakı gözlənilir.