Müdafiə Nazirliyidən Paşinyana cavab: Ordumuz heç bir itki verməyib
- 17-09-2018, 12:10
- 1 321
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, xaosun hökm sürdüyü Ermənistanda həmişə olduğu kimi, bu dəfə də ölkənin hərbi rəhbərliyi baş naziri aldadaraq ona yalan məlumat verib:
"Ermənistanın baş naziri isə yalan məlumatlardan belə yararlanaraq onları böyük həvəslə öz xalqına çatdırmaqla ictimaiyyətin diqqətini apardığı uğursuz siyasətindən yayındırmağa çalışır".
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri heç bir döyüş itkisi verməyib və cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.