İlham Əliyev Kuba rəhbərinə başsağlığı verdi
- 19-05-2018, 11:42
- 1 389
Azərbaycan prezidenti Kubada baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini vurğulayıb.
“Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, - deyə dövlət başçısı məktubunda bildirib.