Hikmət Cavadov yenidən sədr seçildi

Siyasət

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri yenidən Hikmət Cavadov olub.

Dünən baş tutan seçkilərdə Cavadov növbəti dəfə həmyerlilərimizin etimadını qazanıb.

Qeyd edək ki, H.Cavadov 2012-ci ildən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, "Diasporun İnkişaf Perspektivləri” Daimi Forumunun baş koordinatorudur.

Xatırladaq ki, prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə H.Cavadovu "Tərəqqi" medalı ilə təltif edib.