Milli Məclis nazir gedən deputatların yerinə yeni komitə üzvləri seçəcək - Sabah
- 30-04-2018, 11:49
- 1 368
Bu barədə açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.
Akif Təvəkküloğlu bildirib ki, iclasın gündəliyinə 52 məsələ daxil edilib.
“İclasda bir çox qanunlarda dəyişikliklərə baxılacaq”.
Bunlar aşağıdakılardır:
- Milli Məclisin komitələrinin yeni üzvlərinin seçilməsi;
- “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının təsis olunması ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik;
- “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu layihəsi;
- “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu layihəsi;
- “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu layihəsi;
- “Azərbaycan Respublikasının Şərəf və Dostluq ordenin təsis edilməsi barədə” qanun layihəsi;
- İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;
- Torpaq Məcəlləsinə dəyişiklik;
- Cinayət Məcəlləsinə dəyişiklik;
- Əmək Məcəlləsinə dəyişiklik;
- Miqrasiya Məcəlləsinə dəyişiklik;
- “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik;
- “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik;
- “Həmkarlar ittifaqı haqqında” qanuna dəyişiklik;
- “Telekommunikasiya haqqında” qanuna dəyişiklik;
- “Üzümçülük və şərabçılıq haqqında” qanuna dəyişiklik;
- “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik;
- “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanuna dəyişiklik;
- “Sosial sığorta haqqında” qanuna dəyişiklik;
- “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi 2-ci oxunuşda”
- “Torpaq islahatı haqqında” qanuna dəyişiklik;
- “Televiziya və radio yayımı haqqında” qanuna dəyişiklik;
- “İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişiklik;
- “Reklam haqqında” qanuna dəyişiklik;
- “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanuna dəyişiklik;
- “Mədəniyyət haqqında” qanuna dəyişiklik;
- “Məlumat toplularının hüquqi qorunması haqqında” qanuna dəyişiklik;
- “Memarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik;
- “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik;