Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb
- 25-04-2018, 19:16
- 1 027
Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Türkiyə baş nazirinin müavini Fikri İşık və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.
Fəxri qarovul dəstəsinin rəisi İlham Əliyevə raport verib.
Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.