Milli Məclisin iki komitəsinə yeni üzvlər seçiləcək
- 25-04-2018, 11:59
- 1 261
Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasında deputat Azər Badamov və Eldəniz Səlimovun parlamentin Gənclər və idman komitəsinin, Hüseynbala Mirələmovun isə Mədəniyyət komitəsinin üzvü seçilməsi məsələsi müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Gənclər və idman komitəsinin sədri Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə, komitənin üzvü Rövşən Rzayev isə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib.