Oqtay Əsədovun təklifi alqışla qarşılandı
- 24-04-2018, 12:30
- 1 399
xalqxeber.az xəbər verir ki, iclası açan spiker Oqtay Əsədov əvvəlcə gündəliyə yeni qanun layihəsinin salındığını qeyd edib. O, bildirib ki, bu “Müflisləşmə və iflas haqqında” qanun layihəsidir.
Daha sonra o bir neçə həmkarını təzə hökumətdə yer almaları münasibətilə təbrik edib. O, qeyd edib ki, bu, prezidentin Milli Məclisə etimadının göstəricisidir: “Gəlin, bu münasibətlə prezidentə Milli Məclisin adından təşəkkür edək və həmkarlarımızı təbrik edək”.
Spikerin təklfi alqışlarla qarşılanıb.