Ramiz Mehdiyev yeni nazirlərdən danışdı
- 23-04-2018, 17:28
- 1 439
Bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ATV Xəbər-ə açıqlamasında deyib.
O qeyd edib ki, prezidentin məqsədi ondan ibarətdir ki, nazir vəzifələrinə, ümumiyyətlə isə rəhbər vəzifələrə gənc və bacarıqlı, güclü mütəxəssislər, xarici dilləri bilənlər və müasir tipli kadrlar təyin olunmalıdır:
"Bunları da cənab prezident həyata keçirir. Bu gün də təyinatlar olacaq. Bu təyinatlara baxıb görəcəksiniz ki, cənab prezident gənc kadrları irəli sürür və onlara böyük etimad göstərir”.