Sabah Milli Məclisi toplanacaq, yeni baş nazir seçiləcək

Siyasət

Sabah, aprelin 21-də Milli Məclisin plenar iclası keçiriləcək.

Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.

İclasda Azərbaycanın yeni baş nazirinin təsdiqlənəcəyi gözlənilir.

Qeyd edək ki, aprelin 11-də keçirilmiş prezident seçkilərində qalib gəlmiş İlham Əliyevin aprelin 18-də and içərək səlahiyyətlərinin icrasına başlaması ilə əlaqədar Nazirlər Kabineti istefaya gedib. Kabinetin yenidən qurulması üçün MM prezident tərəfindən namizədliyi irəli sürülmüş yeni baş nazirin məsələsinə baxmalıdır.