Sabah Nazirlər Kabineti istefa verəcək
- 17-04-2018, 17:52
- 1 551
Bu barədə Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bundan sonra Nazirlər Kabinetinin formalaşdırılması Konstitusiya üzrə prezidentin üzərinə qoyulmuş vəzifədir:
“Prezident öz istəyinə və görüşlərinə uyğun şəkildə bu vəzifəni icra edəcək və Konstitusiyaya uyğun şəkildə Azərbaycan Respublikasının Nazirlər Kabinetini formalaşdıracaq”.