Vasif Talıbov sabah Azərbaycanın vitse-prezidenti elan ediləcək
- 22-02-2017, 20:49
- 4 597
xalqxeber.az xəbər verir ki, iclasda 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr, 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi, NMR-in Konstitusiyasında dəyişikliklər edilməsi müzakirə olunacaq. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.
Sabahkı iclas Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər Azərbaycanın idarə sistemində dəyişikliklərlə - vitse-prezident institutunun tətbiqi ilə bağlıdır.
Sayt daha sonra qeyd edir ki, Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycanın vitse-prezidenti elan ediləcək. Çünki Ali Məclisin sədri vəzifəsi Azərbaycanın vitse-prezidenti postuna bərabərləşdirilib.