Lavrovdan Qarabağ açıqlaması - “Alternativ yoxdur”
- 22-02-2017, 18:03
- 1 902
Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında deyib:
“Əgər biz həqiqətən də ümumməqbul həll axtarışlarının labüdlüyü haqda prinsipial razılaşmaya sadiqiqsə, o zaman mənim dərin inamıma görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin təqdim etdikləri indiki formatın alternativi mövcud deyil”.
Lavrov, həmçinin, qeyd edib ki, bunu dəfələrlə Azərbaycan və Ermənistan rəhbərliyi də ifadə edib.