“Bizim dildə danışan bəzi soydaşlarımızı da bu işə qoşurlar...”
- 16-03-2018, 14:01
- 1 755
Bu sözləri Real TV-yə müsahibəsində Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Onun sözlərinə görə, rəqib dövlətlər anti-Azərbaycan qüvvələrə dəstək olurlar.
“Beynəlxalq aləmdə Azərbaycanın siyasətini tənqid edən opponentlər, Azərbaycana qarşı kütləvi şəkildə düşmənçilik edən qüvvələr var. Onlar savadsız soydaşlarımızı da öz maraqlarına alət edirlər”, - deyə Əli Həsənov bildirib.