İlham Əliyevin namizədliyi bu gün MSK-da müzakirə ediləcək
- 14-02-2018, 11:47
- 1 234
Bu barədə açıqlamasında YAP mətbuat xidmətinin rəhbəri, MSK üzvü Hüseyni Paşayev məlumat verib.
Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində MSK namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.