Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün sənədlər MSK-ya təqdim edilib
- 9-02-2018, 17:31
- 1 858
Bu barədə Yeni Azərbaycan Partiyasından özəl olaraq məlumat verilib.
Qeyd edək ki, YAP-ın 2018-ci il fevralın 8-də VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib.