Əliyev anasının vəfatına görə həmkarına başsağlığı verib

Siyasət

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyana başsağlığı verib.

xalqxeber.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Əlahəzrət,

Ananız Şeyxa Hassa bint Məhəmməd Al Nəhyanın vəfatı xəbərindən olduqca kədərləndim.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"