İlham Əliyev Münhendə Binali Yıldırımla görüşdü
- 18-02-2017, 13:24
- 2 104
Məlumata görə, fevralın 17-də Almaniyada Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayıb.
Konfransda müxtəlif ölkələrdən siyasətçilər, biznes strukturlarının nümayəndələri, elm adamları iştirak edirlər. Tədbirdə təhlükəsizlik, enerji və digər sahələrə aid mühüm məsələlər müzakirə olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 53-cü Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün fevralın 16-dan xanımı Mehriban Əliyeva ilə birgə Almaniya Federativ Respublikasındadır.