Əliyev 52 nəfərin öldüyü qəza ilə bağlı başsağlığı verib

Siyasət

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə başsağlığı məktubu göndərib.

Dövlət başçısı Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində Özbəkistan vətəndaşlarının faciəli şəkildə həlak olması xəbərindən son dərəcə sarsıldığını bildirib:

"Hörmətli Şavkat Miromonoviç,

Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində həmvətənlərinizin faciəli şəkildə həlak olması xəbəri məni son dərəcə sarsıtdı.

Baş vermiş bu hadisə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Özbəkistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"