Oqtay Əsədov: Məsələlərin uğurlu həlli üçün zəmin var
- 17-01-2018, 16:50
- 1 234
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinə dair müzakirələr aparılıb.
O.Əsədov Azərbaycan-Türkiyə münasibətlərinin özünəməxsus xarakterik xüsusiyyətləri ilə fərqləndiyini qeyd edib. Spiker bildirib ki, ikitərəfli münasibətlərimizin yüksək səviyyədə inkişafında dövlət başçılarımızın qarşılıqlı səfərləri mühüm rol oynayıb:
“Tarixi yaxınlıq və sıx dostluq münasibətləri Azərbaycanla Türkiyə arasında həyatın bütün sahələrində məsələlərin uğurlu həlli üçün möhkəm zəmin yaradır”.
MM-in sədri Azərbaycan və Türkiyə parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının işini yüksək qiymətləndirib.
TBMM-in Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu bildirib. O, ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolunun və parlament diplomatiyasının vacibliyini vurğulayıb.