İlham Əliyev Davosa gedir
- 12-01-2018, 17:19
- 2 233
Bu barədə İsveçrənin Azərbaycandakı səfiri məlumat verib.
“Xoş ənənəyə uyğun olaraq, Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda iştirak edəcək”, - cümə günü keçirilmiş brifinqdə F.Ştaller bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində İsveçrə və Azərbaycan prezidentlərinin görüşü keçiriləcək.
“Həmçinin Forumda ABŞ, Çin və digər ölkələrin dövlət başçıları iştirak edəcək”, - F.Şteller qeyd edib.
Davos İqtisadi Forumu 23-26 yanvar tarixlərində baş tutacaq