Birinci vitse-prezidentin protokol sektoruna müdir təyin edildi - SƏRƏNCAM

Siyasət

Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyində yeni təyinat olub.

Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Rzayev Azərbaycan Respublikası Prezidentinin protokol xidməti rəisinin müavini - Birinci vitse-prezidentin protokol sektorunun müdiri təyin edilib.

Bu sərəncama qədər E.Rzayev Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsini tuturdu.